Qelebə.az / Mahir Emreli "Dinamo"da növbəti qolunu vurub

Mahir Emreli "Dinamo"da növbəti qolunu vurub

24-09-2023, 22:03

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda növbəti qolunu vurub.

"Report"un məlumatına görə, 26 yaşlı hücumçu "Rudes"ə qarşı keçirdikləri çempionatın IX tur oyununda fərqlənib.

Emreli 38-ci dəqiqədə komandasının ikinci qoluna imza atın.

Qeyd edək ki, matçda ilk hissə başa çatıb və "Dinamo" 2:0 hesabı ilə öndədir.

Geri qayıt