Qelebə.az / Avropa Kuboku: "Kür" komandası cavab oyununa çıxacaq

Avropa Kuboku: "Kür" komandası cavab oyununa çıxacaq

24-09-2023, 12:00

Qadın həndbolçulardan ibarət "Kür" komandası Avropa Kubokunda mübarizəyə növbəti oyununu keçirəcək.

"QELEBE.AZ"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycan təmsilçisi 1/32 final mərhələsinin cavab matçında İtaliyanın "Jomi Salerno" klubu ilə üz-üzə gələcək.

"Kür" Olimpiya Tədris-İdman Mərkəzindəki qarşılaşma saat 17:00-da start götürəcək.

Həmin arenadakı ilk görüşdə rəqib 29:19 hesabı ilə qalib gəlib.

Geri qayıt