Qelebə.az / Premyer Liqa: VII turun açılış oyununda qolsuz bərabərlik qeydə alınıb

Premyer Liqa: VII turun açılış oyununda qolsuz bərabərlik qeydə alınıb

23-09-2023, 19:56

Azərbaycan Premyer Liqasında VII tura start verilib.

“QELEBE.AZ”un məlumatına görə, açılış oyunu Sumqayıtda keçirilib.

Eyniadlı komanda doğma meydanında “Turan Tovuz”u qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə (0:0) yekunlaşıb. Bu nəticə sayəsində “Turan Tovuz” xallarının sayını 11-ə, “Sumqayıt” isə 8-ə çatdırıb.

Günün ikinci oyununda “Zirə” ilə “Neftçi” (20:30) birincilərin meydanında üz-üzə gələcəklər.

Qeyd edək ki, turun digər görüşləri sentyabrın 24-25-də keçiriləcək.

Geri qayıt