Qelebə.az / Konfrans Liqası: "Fənərbağça" Danimarka klubunu məğlub edib

Konfrans Liqası: "Fənərbağça" Danimarka klubunu məğlub edib

21-09-2023, 22:40

Türkiyənin "Fənərbağça" komandası UEFA Konfrans Liqasının qrup mərhələsinin I turunda qələbə qazanıb.

"Report"un məlumatına görə, İstanbul təmsilçisi doğma azarkeşlər önündə Danimarkanın “Norşellann” klubunu 3:1 hesabı ilə üstələyib.

Meydan sahiblərinin qollarını 24-cü dəqiqədə Migel Krespo, 30-cu dəqiqədə Mişi Batşuayi, 47-ci dəqiqədə Serdar Aziz vurub. Qonaqlarda isə Oliver Villadsen fərqlənib.

Geri qayıt