Qelebə.az / Vitali Borisov: "Niderland millisinə daha çox qol vura bilərdik"

Vitali Borisov: "Niderland millisinə daha çox qol vura bilərdik"

20-09-2023, 20:41

"Bu görüşdə daha çox qol vura bilərdik".

"QELEBE.AZ"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov Niderlanda 6:1 hesabı ilə qalib gəldikləri DÇ-2024-ün elit mərhələsinin matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis oyunçularda motivasiyanın yaxşı olduğunu bildirib: "Qarşılaşma bizim üçün yaxşı keçdi. Qazaxıstanla növbəti görüşdə də qələbə qazanmaq istəyirik".

Borisov Rumıniyaya uduzduqları matçdan sonra komandanı hazırlamağın çətin olduğunu vurğulayıb: "Həmin oyunda da üstün idik. Sadəcə, öz səhvlərimizə görə qapımızda qollar gördük".

Baş məşqçi İsa Atayevin heyətdən kənarlaşdırılması barədə qısa danışıb: "Bu, məşqçilər korpusunun qərarıdır. Atayev bu dəfə dincəlməli idi. Başqa heç nə baş verməyib".

Geri qayıt