Qelebə.az / Azərbaycanın voleybol millisi EEVZA-nın çempionatında iştirak edəcək

Azərbaycanın voleybol millisi EEVZA-nın çempionatında iştirak edəcək

20-09-2023, 16:40

Azərbaycan millisi Latviyanın Dauqavpils şəhərində 18 yaşadək voleybolçu qızlar arasında təşkil olunacaq Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Azərbaycan Voleybol Federasiyasından "Report"a verilən məlumata görə, 21-25 noyabrda baş tutacaq yarışda 6 ölkənin yığması mübarizə aparacaq.

Millimiz Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa ilə üz-üzə gələcək.

AVRO-2024-ə seçmə xarakter daşıyan turnirin reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.

Geri qayıt