Qelebə.az / Ulduz futbolçu üçün mövsüm başa çatıb

Ulduz futbolçu üçün mövsüm başa çatıb

20-09-2023, 17:14

Xorvatiya millisinin və İngiltərənin “Tottenhem” klubunun futbolçusu İvan Perişiç üçün mövsüm başa çatıb.

“Report”un Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, buna səbəb 34 yaşlı yarımmüdafiəçinin zədələnməsidir.

Ulduz futbolçunun məşq zamanı sağ dizinin ön çarpaz bağının yırtıldığı aşkarlanıb. Tezliklə əməliyyat olunacaq Perişiç mövsümün qalan hissəsini bərpa prosesinə həsr edəcək.

Qeyd edək ki, İvan Perişiç bu mövsüm “Tottenhem”in heyətində keçirdiyi 6 oyunda 2 məhsuldar ötürmə verib.

Geri qayıt