Qelebə.az / Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa Superfinalına qələbə ilə başlayıb

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa Superfinalına qələbə ilə başlayıb

19-09-2023, 14:43

Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Alqero şəhərində təşkil olunan Avropa Superfinalında ilk oyununa çıxıb.

"QELEBE.AZ"un məlumatına görə, Zeynal Zeynalovun baş məşqçi olduğu kollektiv Türkiyə yığması ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 5:5 hesabı ilə yekunlaşıb. Millimiz penaltilər seriyasında rəqibini məğlub edib - 3:1.

Qeyd edək ki, yığma II turda, sentyabrın 20-də Rumıniya ilə üz-üzə gələcək.

Geri qayıt