Qelebə.az / UEFA prezidenti: "Avropadan futbolçuların Səudiyyəyə kütləvi gedişi uzun sürməyəcək"

UEFA prezidenti: "Avropadan futbolçuların Səudiyyəyə kütləvi gedişi uzun sürməyəcək"

18-09-2023, 03:12

UEFA prezidenti Aleksander Çeferin hesab edir ki, güclü futbolçuların Avropanın aparıcı klublarından Səudiyyə Ərəbistanına kütləvi şəkildə getməsi tendensiyası uzun sürməyəcək.

Bu barədə "Report" “Sportklub”a istinadən xəbər verir.

“Düşünürəm ki, Səudiyyə Ərəbistanı ilə bu tarix nisbətən qısa olacaq. Dəfələrlə demişəm: fikrimcə, bu, futbolun inkişafına yanlış yanaşmadır. Avropada praktiki olaraq karyerasını başa vurmuş oyunçuları cəlb etməklə, sadəcə, futbolu inkişaf etdirmirsiniz. Çin bir neçə il əvvəl eyni şeyi etdi, lakin onların komandası hələ də dünya çempionatına vəsiqə qazana bilmədi. Ona görə də mən hərəkətlərimizdə Səudiyyə Ərəbistanına əhəmiyyət vermirəm”, - o deyib.

“Biz bir növ, Çinlə müqayisədə həqiqətən fərqli səviyyədən danışa bilərik, ən azı oyunçulara gəldikdə. Lakin pul məbləğlərinin səviyyəsi çox da fərqli deyil. Çox böyük futbolçu olan Karlos Tevesin Çində artıq 100 milyon dollarlıq müqaviləsi var idi. Bu gün rəqəmlər yəqin ki, bir az daha çoxdur, lakin mən Erlinq Holann və Kilian Mbappe kimi gənc məşhurların Səudiyyə Ərəbistanına səyahət etməkdə maraqlı olduğunu görmürəm”, - “Sportklub” Çeferindən sitat gətirib.

Geri qayıt