Qelebə.az / Şimali makedoniyalı futbolçu "Sumqayıt"ın tarixinə düşüb

Şimali makedoniyalı futbolçu "Sumqayıt"ın tarixinə düşüb

16-09-2023, 15:16

"Sumqayıt"ın futbolçusu Kristian Velinovski klubun tarixinə düşüb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı şimali makedoniyalı yarımmüdafiəçi "gənclik şəhəri" təmsilçisinin heyətində Premyer Liqada meydana çıxan 200-cü oyunçu olub.

O, "Zirə"yə 0:1 hesabı ilə uduzduqları VI turun matçında iştirak edib.

Debütü 2011/12 mövsümündə gerçəkləşən və əvvəllər “Sumqayıt Şəhər” adı altında çıxış edən klub cari çempionatın startına qədər 190 oyunçuya güvənib. Əvvəlki 5 turda 9 debütantın meydana çıxdığı “Sumqayıt” Velinovski ilə 200-ə çatıb.

“Gənclik şəhəri” təmsilçisi bu göstəricidə 11-ci komandadır. Yalnız 10 komanda daha çox futbolçuya şans verib.

Geri qayıt