Qelebə.az / DÇ-2024: Azərbaycanın futzal millisi elit mərhələdə ilk oyununa çıxacaq

DÇ-2024: Azərbaycanın futzal millisi elit mərhələdə ilk oyununa çıxacaq

15-09-2023, 09:45

Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2024-ün elit mərhələsində ilk oyununa çıxacaq.

"Report"un məlumatına görə, Vitali Borisovun baş məşqçisi olduğu yığma səfərdə Rumıniya ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Görüşü sloveniyalı Admir Zahoviç idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də Bakıda Niderlandı sınağa çəkəcək.

Geri qayıt