“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda növbəti oyununu keçirib.
“QELEBE.AZ”un məlumatına görə, Azərbaycan təmsilçisi yer aldığı A qrupunda üçüncü matçına çıxıb.
Rəqib Çexiya “Veşka Olomuç”u olub. Qarşılaşmada hesabı çexiyalılar açsalar da, Azərbaycan komandası bərabərlik qolunu vura bilib. Nəticədə oyun 1:1 hesabı ilə yekunlaşıb.
Beləliklə, qrup mərhələsini 2-ci pillədə başa vuran "Zəngəzur" pley-offa vəsiqə qazanıb. Təmsilçimiz orada digər qrupda birinci yeri tutacaq komanda ilə qarşılaşacaq.
Qeyd edək ki, “Zəngəzur” qrupun ilk iki turunda Bolqarıstan təmsilçisi “Qalaktiko Vratsa”ya 2:0 hesabı ilə qalib gəlib, Yunanıstan klubu TMT ilə 3:3 hesablı heç-heçə edib.
“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokuna ikinci oyununu keçirib.
“QELEBE.AZ”un məlumatına görə, A qrupunda yer alan Azərbaycan təmsilçisi Yunanıstan klubu TMT ilə qarşılaşıb.
“Zəngəzur” matçın gedişində 2:0 hesabı ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Görüş heç-heçə başa çatıb - 3:3.
Azərbaycan komandası qrupda növbəti matçını Çexiyanın “Veşka Olomuç” klubuna qarşı keçirəcək. Bu gün baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, “Zəngəzur” ötən gün qrupun ilk turunda Bolqarıstan təmsilçisi “Qalaktiko Vratsa”ya 2:0 hesabı ilə qalib gəlib.