Qelebə.az / Azərbaycanın U-17 millisi Türkiyəyə uduzub

Azərbaycanın U-17 millisi Türkiyəyə uduzub

12-09-2023, 21:00

Azərbaycanın U-17 millisi Türkiyəyə uduzub.

Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını başa vuran 17 yaşadək (U-17) futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində növbəti oyununu keçirib.

"QELEBE.AZ" xəbər verir ki, Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı görüş 2:0 hesabı ilə rəqibin xeyrinə nəticələnib.

Qeyd edək ki, bu komandalar arasında sentyabrın 9-da keçirilmiş ilk matçda millimiz qələbə qazanmışdı - 2:1.

Geri qayıt