Qelebə.az / Almaniya millisində baş məşqçi postuna əsas namizədlər açıqlanıb

Almaniya millisində baş məşqçi postuna əsas namizədlər açıqlanıb

11-09-2023, 09:23

Futbol üzrə Almaniya millisində baş məşqçi postuna əsas namizədlər bəlli olub.

"Report" "90 min" nəşrinə istinadən xəbər verir ki, bunlar "Bavariya"da işləyən Tomas Tuxel, İngiltərə "Liverpul"unun "sükanı arxasında" olan Yurgen Klopp və hazırda işsiz olan Yulian Naqelsmanndır.

Əsas namizəd Tuxel hesab edilir. 50 yaşlı mütəxəssis mövsümün sonuna qədər həm klubda, həm də yığmada çalışa bilər.

Qeyd edək ki, Almaniya 2024-cü ildə Avropa çempionatının final mərhələsinə ev sahibliyi edəcək.

Geri qayıt