Qelebə.az / Minifutbol üzrə Çempionlar Liqası: "Zirə" yarımfinala yüksəlib - YENİLƏNİB

Minifutbol üzrə Çempionlar Liqası: "Zirə" yarımfinala yüksəlib - YENİLƏNİB

8-09-2023, 21:39

Minifutbol üzrə "Zirə" komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında növbəti oyununa çıxıb.

"Report" xəbər verir ki, Azərbaycan təmsilçisi 1/4 finalda Böyük Britaniyanın "AVS Sikses" klubu ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn "Zirə" yarımfinala yüksəlib.

Qeyd edək ki, daha əvvəl "Birbaşa Bakı" 1/4 finalda məğlub olaraq mübarizəni dayandırıb.

21:07

Minifutbol üzrə "Birbaşa Bakı" komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasının 1/4 final mərhələsinin oyununa çıxıb.

"Report" xəbər verir ki, Azərbaycan təmsilçisi Rumıniya klubu AEK-lə qarşılaşıb.

"Birbaşa Bakı" turnirin son çempionuna 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Çempionlar Liqasındakı digər təmsilçimiz "Zirə" 1/4 finala yüksəlib.

Geri qayıt