Qelebə.az / Minifutbol üzrə Çempionlar Liqası: Azərbaycan təmsilçisi 1/4 finala yüksəlib

Minifutbol üzrə Çempionlar Liqası: Azərbaycan təmsilçisi 1/4 finala yüksəlib

8-09-2023, 12:49

Minifutbol üzrə "Birbaşa Bakı" komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanıb.

"Report" xəbər verir ki, Azərbaycan təmsilçisi 1/8 finalda Ukraynanın “Andezit” kollektivini 2:1 hesabı ilə üstələyib.

Bu gün həmçinin "Zirə" eyni raundda Macarıstanın "PFF Szanto" klubu ilə qarşılaşacaq.

Geri qayıt