Qelebə.az / Avropa çempionatı: Azərbaycan cüdoçuları ilk günü üç medalla başa vurub - YENİLƏNİB

Avropa çempionatı: Azərbaycan cüdoçuları ilk günü üç medalla başa vurub - YENİLƏNİB

7-09-2023, 19:36

Azərbaycanın gənc cüdoçuları Niderlandın Haaqa şəhərində keçirilən gənclərin Avropa çempionatında ilk günü üç medalla başa vurublar.

"QELEBE.AZ"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Nizami İmranov qızıl, 66 kq-dakı Aydın Rzayev gümüş medala sahib olub.

Qadınların mübarizəsində 52 kq-da Aydan Vəliyeva bürünc medal əldə edib.

16:26

Azərbaycanın iki cüdoçusu Niderlandın Haaqa şəhərində keçirilən gənclərin Avropa çempionatında finala yüksəliblər.

"QELEBE.AZ" xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Nizami İmranov və 66 kq-da Aydın Rzayev qızıl medal uğrunda qarşılaşmaya vəsiqə qazanıblar.

İmranov həlledici görüşdə İsraildən olan Yehonatan Vekslerlə, Rzayev isə Tenqo Zirakaşvili (Gürcüstan) - Migel Qaqo (Portuqaliya) cütünün qalibi ilə güləşəcək.

Qadınların mübarizəsində 52 kq-da Aydan Vəliyeva üçüncü yer uğrunda görüşdə italiyalı Mikaela Sciacovelli ilə üz-üzə gələcək.

Bu gün tatamiyə çıxan Nicat Nağıyev (66 kq), Könül Əliyeva, Vüsalə Hacıyeva (hər ikisi 48 kq) və Fidan Əlizadə (57 kq) medal şanslarını itiriblər.

Geri qayıt