Qelebə.az / De Byazinin tərcüməçisi Belçika millisinin ulduzunun Bakıya gəlməsinə sevinir

De Byazinin tərcüməçisi Belçika millisinin ulduzunun Bakıya gəlməsinə sevinir

7-09-2023, 10:37

Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin tərcüməçisi Belçika millisinin ulduz futbolçusu Romelu Lukakunun Bakıya gəlməsinə sevinir.

“QELEBE.AZ” xəbər verir ki, italiyalı mütəxəssis bunu “SKY Sport”a açıqlamasında deyib.

O bildirib ki, AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə keçirəcəkləri oyunda Lukakunun start heyətində meydana çıxacağını gözləyir: “Lukakunun bizimlə matçda ilk dəqiqələrdən meydanda olacağını düşünürəm. Texniki zonamızda oturan tərcüməçim “Roma”nın böyük fanatıdır. O, Lukakunun Bakıya gəlməsinə sevinir”.

Qeyd edək ki, sentyabrın 9-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan – Belçika qarşılaşması saat 17:00-da başlayacaq.

Geri qayıt