Qelebə.az / “Kəpəz” qanalı futbolçu ilə müqavilə bağlayıb, icarəyə verib

“Kəpəz” qanalı futbolçu ilə müqavilə bağlayıb, icarəyə verib

6-09-2023, 15:15

“Kəpəz” qanalı futbolçu Ezekiel Morqanı transfer edib.

“Report”un klubun rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi gəncəlilərlə 2+1 illik müqavilə bağlayıb.

Ancaq o, bu mövsüm bölgə təmsilçisində çıxış etməyəcək. Çünki Morqan I Liqa klubu “İmişli”yə icarəyə verilib.

Qeyd edək ki, Ezekiel Morqanın sonuncu klubu ölkəsində “Tudu Mayti Gets” olub.

Geri qayıt