Qelebə.az / “Neftçi” Qəbələdə təlim-məşq toplanışına başlayır

“Neftçi” Qəbələdə təlim-məşq toplanışına başlayır

5-09-2023, 14:47

Premyer Liqada yaranmış fasilədən istifadə edən “Neftçi” bu gün təlim-məşq toplanışına başlayır.

“Report”un klubun mətbuat xidmətində istinadən məlumatına görə, Qəbələdə təşkil olunacaq toplanış sentyabrın 9-dək davam edəcək.

“Ağ-qaralar” “Gabala Garden Hotel”də məskunlaşıb. Hazırlıq prosesində milli komandalara dəvət olunmuş futbolçular, bərpa prosesini davam etdirən Emil Balayev və Eddi İsrafilov, həmçinin fərdi məşğul olan Ömər Buludovdan başqa bütün oyunçular iştirak edəcəklər.

Qeyd edək ki, “Neftçi” Premyer Liqada növbəti matçını sentyabrın 16-da “Dalğa Arena”da “Araz-Naxçıvan”a qarşı keçirəcək.

Geri qayıt