Qelebə.az / "Qəbələ" və "Araz-Naxçıvan" yoldaşlıq oyununda üz-üzə gələcəklər

"Qəbələ" və "Araz-Naxçıvan" yoldaşlıq oyununda üz-üzə gələcəklər

4-09-2023, 11:07

"Araz-Naxçıvan" və "Qəbələ" Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edərək yoldaşlıq oyununda üz-üzə gələcəklər.

Naxçıvan təmsilçisindən "Report"a verilən məlumata görə, qarşılaşma sentyabrın 10-da Qəbələdə gerçəkləşəcək.

Üçgünlük istirahətə buraxılan "Araz-Naxçıvan" sentyabrın 7-də bir araya gələcək və görüşün baş tutacağı şəhərə yollanacaq.

Abdulla Rzayev və Mirəli Əhmədov Azərbaycanın U-21 yığmasının, qapıçı Kristian Avram isə Moldova millisinin düşərgəsinə yollandığına görə hazırlıq prosesində və yoldaşlıq matçında iştirak etməyəcəklər.

Geri qayıt