Qelebə.az / Klopp Salahın “Liverpul”u tərk etməməsinin səbəbini açıqlayıb

Klopp Salahın “Liverpul”u tərk etməməsinin səbəbini açıqlayıb

4-09-2023, 03:13

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandanın hücumçusu Məhəmməd Salahın ingilis klubunda qalmaq qərarının səbəbini açıqlayıb.

“QELEBE.AZ” xəbər verir ki, bu barədə almaniyalı çalışdırıcı BBC-yə danışıb.

“Onun bu kluba bağlılığına heç vaxt şübhəm olmayıb. Siz təsəvvür edə bilməzsiniz ki, nə qədər səs-küy qaldırılmışdı və biz nə qədər bunu sakit qəbul etdik. O bizim futbolçudur və burada oynamaq istəyir”, - mütəxəssis qeyd edib.

Xatırladaq ki, daha öncə yay transfer pəncərəsində Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun misirli hücumçunu transfer etmək niyyətində olduğuna dair məlumat yayılmışdı.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən “qırmızılar”ın formasını geyinir. Futbolçu ilə müqavilənin müddəti 2025-ci ilə qədərdir. Cari mövsümdə 31 yaşlı oyunçunun aktivində 2 qol və 2 məhsuldar ötürmə var.

Geri qayıt