Qelebə.az / “Mançester Siti”nin müdafiəçisi icarə əsasında “Barselona”da çıxış edəcək

“Mançester Siti”nin müdafiəçisi icarə əsasında “Barselona”da çıxış edəcək

2-09-2023, 04:45

İngiltərənin “Mançester Siti” komandasının müdafiəçisi Joau Kanselu icarə əsasında İspaniyanın “Barselona”sına keçib.

“Report” xəbər verir ki, bu barədə Kataloniya təmsilçisi məlumat yayıb.

Bildirilib ki, 29 yaşlı futbolçunun icarəsi 30 iyun 2024-cü il tarixinədək qüvvədə olacaq.

Qeyd edək ki, “Transfermarkt” Portuqaliya millisinin üzvünün bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir. Kanselu ötən mövsümün ikinci yarısını icarə əsasında “Bavariya”da keçirib və burada Almaniya çempionu olub. O, Bundesliqada 15 oyuna çıxıb, 1 qol vurub, 4 məhsuldar ötürmə edib.

Geri qayıt