Qelebə.az / A Seriyası: “Milan” səfərdə “Roma”dan üstün olub

A Seriyası: “Milan” səfərdə “Roma”dan üstün olub

2-09-2023, 02:01

İtaliya A Seriyasının 3-cü turunun matçında paytaxtın “Roma” komandası “Milan”ı qəbul edib.

“QELEBE.AZ” xəbər verir ki, baş hakim Antonio Rapuanonun idarə etdiyi qarşılaşma “Olimpiko” stadionunda baş tutub.

Qonaq komandanın üstünlüyü ilə başlayan matçda hesab erkən açılıb: doqquzuncu dəqiqədə Olivye Jiru penalti zərbəsini dəqiq yerinə yetirib – 0:1. Oyunun 48-ci dəqiqəsində qonaqlar Rafael Leaunun sayəsində hesabdakı fərqi artırıblar – 0:2. Lakin ikinci qoldan 13 dəqiqə sonra “rossoneri” azlıqda qalıb: Fikayo Tomori oyundan qovulub. Matçın əlavə edilmiş 3-cü dəqiqəsində paytaxt təmsilçisi hesabdakı fərqi minimuma endirib, ancaq bu xal qazanmaq üçün yetərli olmayıb.

Beləliklə, matç “Milan”ın “Roma” üzərində 1:2 hesabı ilə qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 3 oyundan sonra “Milan” 9 xalla turnir cədvəlinə başçılıq edir. Tarixinin ən pis startlarından birini yaşayan “Roma”nın isə cəmi 1 xalı var. “Sarı-qırmızılar” 18-ci pillədə qərarlaşıblar.

Geri qayıt