Qelebə.az / "Mançester Siti" portuqaliyalı futbolçunun transferini açıqlayıb

"Mançester Siti" portuqaliyalı futbolçunun transferini açıqlayıb

1-09-2023, 14:19

İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" "şəhərlilər"in rəsmi saytına istinadən xəbər verir ki, “Vulverhempton”dan Mateus Nunyes transfer olunub.

25 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, portuqaliyalı futbolçu 2022-ci ildə "Sportinq"dən “Vulverhempton”a keçmişdi.

Geri qayıt