Qelebə.az / Türkiyə millisinin qapıçısı "Mançester Yunayted"ə keçib

Türkiyə millisinin qapıçısı "Mançester Yunayted"ə keçib

1-09-2023, 12:19

Türkiyə millisinin qapıçısı Altay Bayındır İngiltərənin "Mançester Yunayted" klubuna keçib.

"QELEBE.AZ" "qırmızı şeytanlar"ın rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiperlə imzalanan müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Altay Bayındır son olaraq ölkəsində "Fənərbağça"nın formasını geyinib.

Geri qayıt