Türkiyənin "Beşiktaş" futbol klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab matçına çıxıb.
APA xəbər verir ki, klub doğma meydanında Ukraynanın "Dinamo Kiyev" komandası ilə qarşılaşıb.
Mübarizənin ilk hissəsi 0:0 hesabı ilə başa çatsa da, ikinci hissədə bir qolla "qara qartal" qələbə qazanıb.
Bununla da "Beşiktaş" UEFA Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.