Qelebə.az / “Neftçi Arena”da renovasiya işlərinə start verilib

“Neftçi Arena”da renovasiya işlərinə start verilib

31-08-2023, 20:03

“Neftçi”nin ev oyunlarını keçirdiyi “Neftçi Arena”da kiçik renovasiya işlərinə start verilib.

“QELEBE.AZ” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu proses Premyer Liqanın VII turu çərçivəsində sentyabrın 22, 23 və ya 24-də “Zirə” ilə keçiriləcək növbəti ev matçınadək davam edəcək.

Ot örtüyündə əsas yenilənmənin mövsümün ortasında yaranacaq təxminən bir aylıq fasilə zamanı aparılması planlaşdırılır.

Geri qayıt