Qelebə.az / Azərbaycan taekvondoçusu Yekaterinburqda bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu Yekaterinburqda bürünc medal qazanıb

30-08-2023, 19:04

Azərbaycan taekvondoçusu Adil Eyvazov Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında bürünc medal qazanıb.

"QELEBE.AZ"un məlumatına görə, 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda rusiyalı Vladimir Mısova 0:2 hesabı ilə uduzaraq üçüncü yeri tutub.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib.

Geri qayıt