Çimərlik futbolu üzrə Azərbaycan millisinin Avropa Superfinalında qarşılaşacağı rəqiblər məlum olub.
"QELEBE.AZ" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 19-25-i aralığında İtaliyanın Alqero şəhərində keçiriləcək oyunlarda yığma B qrupunda İsveçrə, Türkiyə və Rumıniya komandaları ilə mübarizə aparacaq.
Qarşılaşmaların dəqiq tarixləri hələlik bəlli deyil.