Qelebə.az / Azərbaycan minifutbol millisinin dünya çempionatındakı oyunlarının təqvimi müəyyənləşib

Azərbaycan minifutbol millisinin dünya çempionatındakı oyunlarının təqvimi müəyyənləşib

29-08-2023, 14:33

Azərbaycan minifutbol millisinin Birləşmiş Ərəb Əmirliklərinin Ras Al Xayma şəhərində keçiriləcək dünya çempionatındakı oyunlarının təqvimi müəyyənləşib.

“Report”un məlumatına görə, yığma G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq.

Komandamız ilk oyununu oktyabrın 27-də İraqa qarşı keçirəcək. Milli bundan iki gün sonra Misirlə, oktyabrın 31-də isə Tunislə üz-üzə gələcək. Qrupda ilk iki yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar.

Bununla bağlı Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov tviter səhifəsində paylaşım edib. Federasiya rəhbəri son Avropa çempionuna mundialda uğurlar arzulayıb.

Qeyd edək ki, dünya çempionatına noyabrın 4-də final matçı ilə yekun vurulacaq.

26 oktyabr-4 noyabr tarixlərində BƏƏ-nin Ras Al Xayma şəhərində minifutbol @minifootballcom üzrə keçiriləcək dünya çempionatında millimiz İraq, Misir və Tunis yığmaları ilə bir qrupa düşərək, mübarizəni 27 oktyabr tarixində başlıyacaq. Millimizə uğurlar arzu edirəm! pic.twitter.com/GVy7JG7V3X

— Orkhan Mammadov (@MammadovOrkh) August 29, 2023
Geri qayıt