"Sevindirici haldır ki, Azərbaycan taekvondoçusu Olimpiya çəki dərəcəsində ilk dəfə olaraq Avropa çempionu olur".
“Report”un məlumatına görə, bunu Azərbaycanın taekvondoçu gənclərdən ibarət milli komandasının baş məşqçisi Mamed Abdullayev jurnalistlərə açıqlamasında deyib.
O, qeyd edib ki, taekvondo üzrə yarışda böyüklərdən 7 nəfər, gənclərdən isə 13 idmançımız iştirak edib.
“Bu, Azərbaycan Takevondo Federasiyasının uğurudur. Gənclərin hər birininin çıxışı qənaətbəxş idi. Bütün idmançılarımız yaxşı nəticə əldə etdilər. Bu münasibətlə Azərbaycan Taekvondo Federasiyasını təbrik edirəm”, - M.Abdullayev deyib.