Qelebə.az / Azərbaycan taekvondoçusu: "Avropa çempionatının qızıl medal qazanmağa az qalmışdı”

Azərbaycan taekvondoçusu: "Avropa çempionatının qızıl medal qazanmağa az qalmışdı”

28-08-2023, 07:49

“Taekvondo üzrə Avropa çempionatında qızıl medal qazanmağa çox az qalmışdı”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında taekvondo üzrə Azərbaycan millisinin üzvü, Avropa çempionatının gümüş medalçısı Cavad Ağayev deyib.

“Bildiyiniz kimi Estoniyanın paytaxtı Tallində taekvondo üzrə böyüklər və gənclər arasında Avropa çempionatı keçirildi.

Böyüklər arasında Avropa çempionatında ikinci yerə layiq görüldüm. Düzdür, qızıl medal qazanmağa çox az qalmışdı. Bəzi kiçik səhvlərə görə qızıl medal qazana bilmədim. İnşallah gələn dəfə qızıl medal qazanmağa çalışacağam”, - C.Ağayev qeyd edib.

Geri qayıt