Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya çempionatında komandalararası yarışda gümüş medal qazanıb.
"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma finalda Fransa seçməsinə uduzub - 1:4
Türkiyə və Yaponiya bürünc medala sahib olub.
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya çempionatında komandalararası yarışda növbəti qələbəsini qazanıb.
"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma yarımfinalda Türkiyə seçməsini məğlub edib - 4:3.
Komanda qızıl medal uğrunda görüşdə Fransa kollektivi ilə üz-üzə gələcək.
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya çempionatında komandalararası yarışda növbəti qələbəsini qazanıb.
"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma 1/4 finalda Qazaxıstanı məğlub edib - 4:2.
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya çempionatında komandalararası yarışa qələbə ilə start verib.
"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma 1/8 finalda Yunanıstana qalib gəlib - 4:1.
Milli növbəti mərhələdə Qazaxıstan - Çin Taypeyi cütünün güclüsü ilə görüşəcək.
Qeyd edək ki, Azərbaycan seçməsi fərdi mübarizəni medal sıralamasında birinci pillədə başa vurub. Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq), Süleyman Şükürov (73 kq) və Ramazan Əhmədov (90+) isə bürünc medal əldə ediblər.