Qelebə.az / İtaliya çempionatının ikinci turunda "Milan" "Torino"nu məğlub edib

İtaliya çempionatının ikinci turunda "Milan" "Torino"nu məğlub edib

27-08-2023, 05:26

İtaliya çempionatının ikinci turunda "Milan" "Torino"nu məğlub edib.

"Report" xəbər verir ki, Milanda keçirilən görüş 4:1 hesabı ilə başa çatıb.

Olivye Jiru (43-cü və 65-ci dəqiqə) penaltidən dubla, Kristian Pulişiç (33) və Teo Ernandes (45+2) daha bir qola imza atıb. Qonaqların heyətində Perr Şurs (36) fərqlənib.

Növbəti mərhələdə Stefano Piolinin komandası sentyabrın 1-də səfərdə “Roma”nı, “Torino” isə sentyabrın 3-də “Cenoa”nı qəbul edəcək.

Geri qayıt