Qelebə.az / Çexiyalı qapıçı "Qarabağ"a qarşı hər iki oyunu buraxacaq

Çexiyalı qapıçı "Qarabağ"a qarşı hər iki oyunu buraxacaq

29-09-2022, 10:24

Yunanıstanın "Olimpiakos" klubunun əsas qapıçısı Tomaş Vatslik "Qarabağ"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin hər iki oyununu buraxacaq.

"Report" "Fosonline" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı qolkiperin 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Vatslik Çexiya yığmasının heyətində Millətlər Liqasının son turunda İsveçrəyə 1:2 hesabı ilə uduzduqları səfər matçında sağ çiynindən xəsarət alıb.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Geri qayıt