Qelebə.az / Azərbaycan millisi Avropa çempionatını 17-ci pillədə başa vurub

Azərbaycan millisi Avropa çempionatını 17-ci pillədə başa vurub

25-08-2023, 14:40

Azərbaycanın qadınlardan ibarət voleybol millisi Avropa çempionatını 17-ci pillədə başa vurub.

“Report”un məlumatına görə, komanda yarışın qrup mərhələsində uğursuz çıxış etməklə mübarizəni dayandırıb.

Ataman Güneyligilin yetirmələri Çexiya (3:0), Almaniya (1:3), Türkiyə (0:3), Yunanıstan (3:2) və İsveç (1:3) ilə qarşılaşmaların yekununa əsasən, C qrupunu 5 xalla 5-ci pillədə başa vurublar. 1/8 finala isə hər qrupda ilk 4 yeri tutan komandalar (ümumilikdə 16) yüksəlib.

Azərbaycan millisi Avropa çempionatının digər uğursuzları - Bosniya və Herseqovina, Xorvatiya, Sloveniya, Macarıstan, Yunanıstan, Finlandiya və Estoniya yığmalarını qabaqlayıb. Təmsilçimiz 2 il öncə keçirilən analoji turnirdə 24 komanda arasında sonuncu olmuşdu.

Qeyd edək ki, XXXIII Avropa çempionatının oyunları Belçika, Almaniya, İtaliya və Estoniyada keçirilir. Yarışa sentyabrın 3-də baş tutacaq final görüşü ilə yekun vurulacaq.

Geri qayıt