Qelebə.az / “İdman TV” “Qarabağ”ın oyununu yayımlaya bilib - YENİLƏNİB

“İdman TV” “Qarabağ”ın oyununu yayımlaya bilib - YENİLƏNİB

24-08-2023, 23:31

“İdman TV” “Qarabağ”ın oyununun yayımını bərpa edib.

APA xəbər verir ki, oyunun 68-ci dəqiqəsindən matç yayımlanıb.

***

Saat 23:05

"İdman TV" "Olimpiya" - "Qarabağ" matçının Azərbaycanda yayımlanmaması ilə bağlı açıqlama verib.

Bu barədə kanalın "Facebook" səhifəsində paylaşım edilib.

"Əziz izləyicilər, texniki xəta səbəbilə "Olimpiya" - "Qarabağ" matçını yayımlaya bilmirik. Lyublyanadan yayımın ötürülməsində ciddi problem ortaya çıxdı. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik!", - deyə qeyd olunub.

Geri qayıt