Azərbaycan çempionatında çıxış edəcək 2 komandanın stadionu bəlli deyil.
“Report”un məlumatına görə, bunu Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov I və II Liqanın püşkatma mərasimində deyib.
Qurum rəsmisi II Liqada mübarizə aparacaq “Qusar” və “Dinamo”nun ev oyunlarını harada keçirəcəklərinə hələ aydınlıq gəlmədiyini söyləyib. I Liqanın iştirakçısı “Qaradağ Lökbatan” isə rəqiblərini Bakı Olimpiya Stadionunun ehtiyat meydanında qəbul edəcək.
Qeyd edək ki, II Liqa sentyarın 4-də, I Liqa isə sentyabrın 13-də başlayacaq.