Qelebə.az / AFFA Hakimlər Komitəsinin sədri Konfrans Liqası matçına təyinat alıb

AFFA Hakimlər Komitəsinin sədri Konfrans Liqası matçına təyinat alıb

22-08-2023, 10:34

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA Konfrans Liqası oyununa təyinat alıb.

“Report”un milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, türkiyəli mütəxəssis qitənin üçüncü dərəcəli turnirinin pley-off mərhələsi çərçivəsində keçiriləcək “Harts” (Şotlandiya) – PAOK (Yunanıstan) matçının hakim-inspektoru olacaq.

Komandalar arasında ilk qarşılaşma avqustun 24-də Edinburq şəhərindəki “Taynkasl” stadionunda baş tutacaq.

Geri qayıt