Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.
“QELEBE.AZ”un məlumatına görə, Ataman Güneyligilin yetirmələri yer aldıqları C qrupunun 4-cü matçında Yunanıstanla qarşılaşacaqlar.
İlk üç turdan sonra hər iki komandanın hesabında 3 xal olduğundan, növbəti mərhələyə vəsiqə uğrunda gərgin mübarizə yaşanacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Bu gün qrupun digər qarşılaşmasında ev sahibi Almaniya yığması Çexiyanı (22:00) sınağa çəkəcək.
Qeyd edək ki, qrupun dünən keçirilən oyunlarında Türkiyə Çexiyanı, İsveç isə Almaniyanı 3:1 hesabı ilə məğlub edib.
| Komandalar | O | Q | M | T-F | X | |
| 1 | Türkiyə | 3 | 3 | 0 | 9-1 | 9 |
| 2 | Almaniya | 3 | 2 | 1 | 7-4 | 6 |
| 3 | Azərbaycan | 3 | 1 | 2 | 4-6 | 3 |
| 4 | Çexiya | 3 | 1 | 2 | 4-6 | 3 |
| 5 | İsveç | 3 | 1 | 2 | 4-7 | 3 |
| 6 | Yunanıstan | 3 | 1 | 2 | 3-7 | 3 |