Qelebə.az / Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar keçiriləcək

Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar keçiriləcək

21-08-2023, 11:59

Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar keçiriləcək.

"QELEBE.AZ"un məlumatına görə, Beynəlxalq Voleybol Federasiyasının (FİVB) "Level 2" seminarı 11-15 sentyabrda Azərbaycan Voleybol Federasiyasında təşkil olunacaq.

FİVB-nin müəyyən etdiyi şərtlərə görə, seminarda yaşı 18-dən yuxarı olan və milli federasiyalar tərəfindən tövsiyə olunan mütəxəssislər iştirak edə bilərlər.

İştirakçılar ingilis dilini bilməli, həmçinin, sağlam, fiziki və məşqçilik bacarıqlarına sahib olmalıdırlar. FİVB-nin tələblərinə görə, əvvəlki "Level" kursunu ən azı 2 il öncə keçmiş mütəxəssislər seminara qatıla bilərlər.

Qeyd edək ki, FİVB-nin Bakıda "Level 1" seminarı bu il 3-7 iyulda gerçəkləşib.

Geri qayıt