Qelebə.az / Dünya çempionatı: Azərbaycan - Niderland oyununa təyinatlar açıqlanıb

Dünya çempionatı: Azərbaycan - Niderland oyununa təyinatlar açıqlanıb

20-08-2023, 09:40

Final mərhələsi 2024-cü ildə Özbəkistanda təşkil olunacaq futzal dünya çempionatının elit-raundunda keçiriləcək Azərbaycan - Niderland oyununa təyinatlar açıqlanıb.

“QELEBE.AZ” xəbər verir ki, sentyabrın 20-də, saat 20:00-da, Bakı İdman Sarayında keçiriləcək matçı Kiprdən olan hakimlər briqadası idarə edəcək.

Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Larisa Eleni Avramidou

(Hakimlər briqadası Kiprdəndir)

Hakim-inspektor: Sebastian Stauicki (Polşa)

UEFA nümayəndəsi: Avi Levi (İsrail)

Geri qayıt