Qelebə.az / Messi Liqa Kubokunun bombardiri, futbol tarixinin ən titullu oyunçusu olub

Messi Liqa Kubokunun bombardiri, futbol tarixinin ən titullu oyunçusu olub

20-08-2023, 09:27

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi vurduğu 10 qolla Liqa Kubokunun bombardiri olub.

"QELEBE.AZ"un məlumatına görə, hücumçu "Neşvill"lə final matçında (1:1, 10:9 pen) oyunun 23-cü dəqiqəsində hesabı açaraq onuncu qolu vurub.

Onun ən yaxın təqibçisi Bonqokul Hlonqvan yeddi qol vurub.

Hücumçu üçün bu kubok həm milli, həm də klub səviyyəsində qazanılan titulları hesablasaq, karyerasında 44-cü olub. O, tarixin ən titullu futbolçusu olub. Messi ilk kubokunu “İnter Mayami” ilə qazandı və bu, klubun ilk tituludur.

Messi 2021-ci ilin yayında "Barselona"dan PSJ-yə keçib. 2023-cü ilin yay transfer pəncərəsində argentinalı “İnter Mayami” ilə pulsuz transferlə müqavilə bağladı və ilk matçda cərimə zərbəsini vuraraq Amerika klubunda debüt edib.

Geri qayıt