Qelebə.az / Dünya Qadın Seriyası: "Neftçi" finala vəsiqə qazanıb - YENİLƏNİB

Dünya Qadın Seriyası: "Neftçi" finala vəsiqə qazanıb - YENİLƏNİB

19-08-2023, 22:28

İspaniyada təşkil olunan 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində "Neftçi"nin yarımfinal oyunu baş tutub.

"QELEBE.AZ" xərir ki, "ağ-qaralar" reytinq xallarına görə Melilya mərhələsinin bir nömrəli komandası Çin millisi ilə üz-üzə gəlib və rəqibini 17-13 hesabı ilə məğlub edərək finala yüksəlib.

Azərbaycan təmsilçisi həlledici görüşdə Niderland - İspaniya cütünün qalibi ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 23:15-də baş tutacaq.

20:58

İspaniyada təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində "Neftçi"nin 1/4 final oyunu baş tutub.

"QELEBE.AZ" xəbər verir ki, ABŞ millisi ilə qarşılaşan "ağ-qaralar" matça üstün başlayıb və yekunda rəqibi üzərində 17:14 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.

Finala gedən yolda Azərbaycan təmsilçisi Çin millisi ilə görüşəcək.

Matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Geri qayıt