Qelebə.az / Argentina millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

Argentina millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

28-09-2022, 09:08

Argentina millisinin baş məşqçisi Lionel Skaloninin müqaviləsinin müddəti uzadılıb.

"Report" Argentina Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssisin yeni sözləşməsi 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Lionel Skaloni 2018-ci ildən komandaya rəhbərlik edir. Argentina yığması 2021-ci ildə Amerika Kubokunun qalibi olub.

Geri qayıt