Qelebə.az / Azərbaycanın U-21 yığması Moldova ilə heç-heçə edib

Azərbaycanın U-21 yığması Moldova ilə heç-heçə edib

27-09-2022, 21:00

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

"Report"un məlumatına görə, Samir Əliyevin baş məşqçi olduğu kollektiv Bakıda Moldova yığması ilə qaşılaşıb.

"Dalğa Arena"da oynanılan görüş qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, U-21 əvvəlki yoxlama matçında "Şamaxı"ya 2:3 hesabı ilə uduzub.

Geri qayıt