Qelebə.az / Qvardiola UEFA Superkubokunun yeni rekorduna imza atıb

Qvardiola UEFA Superkubokunun yeni rekorduna imza atıb

17-08-2023, 03:48

İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola UEFA Superkubokunda rekorda imza atıb.

“QELEBE.AZ” xəbər verir ki, ispaniyalı çalışdırıcı bu kuboku üç fərqli komanda ilə qazanıb.

Daha öncə heç bir mütəxəssis buna nail olmayıb. Bundan əvvəl Qvardiola “Bavariya” və “Barselona” ilə UEFA Superkubokunu qazanmışdı.

Xatırladaq ki, UEFA Superkuboku uğrunda görüşdə “Mançester Siti” İspaniyanın “Sevilya”sını penaltilər seriyasında (1:1 - əsas vaxt, 5:4 - penaltilər seriyasında) məğlub edib.

Geri qayıt