Qelebə.az / Qurban Qurbanov: "Yaxşı nəticə ilə Bakıya qayıtmaq istəyirik"

Qurban Qurbanov: "Yaxşı nəticə ilə Bakıya qayıtmaq istəyirik"

16-08-2023, 22:23

"Komanda istəklidir. Yaxşı oyun və nəticə ilə Bakıya qayıtmaq istəyirik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Finlandiyada HİK-ə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis var güclərini meydanda qoyacaqlarını bildirib: "Meydan süni örtüklüdür, amma buna hazır olmalıyıq. Ən yaxşısını etməyə və azarkeşlərimizi sevindirməyə çalışacağıq".

Qeyd edək ki, avqustun 17-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İlk matçda "köhlən atlar" qələbə qazanıb - 2:1.

Geri qayıt