Qelebə.az / Qadınlar arasında dünya çempionatında ikinci finalçı müəyyənləşib

Qadınlar arasında dünya çempionatında ikinci finalçı müəyyənləşib

16-08-2023, 16:20

Yeni Zelandiyada keçirilən futbol üzrə qadınlar arasında dünya çempionatında ikinci finalçının adına aydınlıq gəlib.

"Report"un məlumatına görə, yarımfinalda Avstraliyanı 3:1 hesabı ilə üstələyən İngiltərə millisi həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Komandanın qollarını 36-cı dəqiqədə Ella Tun, 71-ci dəqiqədə Lauren Hemp, 86-cı dəqiqədə Alessia Russo vurub. Avstraliyanın heyətində isə 63-cü dəqiqədə Samanta Kerr fərqlənib.

İngiltərə yığması avqustun 20-də həlledici oyunda İspaniya ilə üz-üzə gələcək. Avqustun 19-da isə Avstraliya üçüncü yer uğrunda matçda İsveçlə görüşəcək.

Geri qayıt